*5585

David Seliverstov "Caspian Capital Holding"in vitse-prezidenti vəzifəsinə təyin edilib

30.06.2026 Media

"Caspian Capital Holding"in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.

Yeni təyinat "Caspian Capital Holding"in İdarə Heyətinin sədri cənab Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.

Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub.

David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiyayönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Caspian Capital Holding

Son Xəbərlər

08.04.2026 Qarabağ

Ağdam şəhərində 148 mənzildən ibarət yaşayış kompleksinin tikintisi

Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini

Davamına Bax
20.02.2026 Əməkdaşlıq

“Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib

Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” ilə “Caspian Capital Holding” arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilmiş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.

Davamına Bax
13.01.2026 Əməkdaşlıq

Caspian Capital Holding beynəlxalq əlaqələrini genişləndirir

Caspian Capital Holdinqin baş ofisində Türkiyənin aparıcı şirkətlərindən biri olan "Akgün" elektrik və mühəndislik şirkəti ilə görüş keçirilib.

Davamına Bax